Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti DonaldTrampla son sutkada ikinci dəfə telefonla danışıb.
Trend xəbər verir ki, bubarədə V.Zelenski “Teleqram” səhifəsində məlumat verib.
“Mən indicə ABŞ Prezidenti Donald Trampla iki gündə ikinci dəfədanışdım və bu gün də çox məhsuldar söhbətimiz oldu”, - deyəZelenski bildirib.
Onun sözlərinə görə, oktyabrın 11-də keçirilən danışıqlardaolduğu kimi eyni məsələlər – Ukraynanın hava hücumundanmüdafiəsinin gücləndirilməsi, habelə enerji sektorunun bərpasınaköməklik müzakirə edilib. Ukraynanın uzaqmənzilli silahlarla təminedilməsi də ayrıca müzakirə olunub.
"Prezident Tramp baş verən hər şeydən yaxşı məlumatlıdır.Söhbətimizi davam etdirməyə razılaşdıq və komandalar hazırlaşır.Təşəkkür edirəm!", - deyə Prezident əlavə edib.
Qeyd edək ki, Zelenski oktyabrın 11-də ABŞ prezidenti DonaldTrampla telefon danışığı zamanı Rusiyanın enerji sektorunahücumları qarşısında Ukraynanın hava hücumundan müdafiə sisteminingücləndirilməsini müzakirə etdiyini bildirib.
ABŞ mediasının məlumatına görə, Ukraynanın yeni “Patriot” havahücumundan müdafiə raket sistemləri ilə təchiz edilməsininmümkünlüyü barədə müzakirələr gedir. Bununla belə, tərəflərAmerikanın “Tomaqavk” qanadlı raketlərinin gələcəkdə Ukraynayamümkün tədarükünü də müzakirə ediblər.