
Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.
Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu Xəstəxanası) 71 yaşında dünyasını dəyişib.
Əlisəmid Kür bu gün Salyan rayonunda dəfn ediləcək.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.