RU

“Azərbaycan Cənubi Qafqazda sülh gündəliyini formalaşdıran ölkə olaraq qəbul edilir“ - ŞƏRH OLUNDU

“Prezident İlham Əliyevin Misirə səfəri və Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın müxtəlif siyasi bloklar arasında körpü rolunu oynayan, qarşılıqlı anlaşma, dialoq və əməkdaşlıq məkanının formalaşmasına real töhfə verən ölkə olmasından irəli gəlir. Sammitdə iştirak üçün ABŞ və Misir liderləri tərəfindən dəvət göndərilməsi ölkəmizin beynəlxalq siyasətdə artan nüfuzunun və qlobal dialoq məkanında etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz təzahürüdür. Yaxın Şərqdə sülhün və sabitliyin bərpasına yönələn bu sammitdə iştirak ölkəmizin sülh və təhlükəsizlik gündəminə beynəlxalq miqyasda da önəm verildiyini təsdiqləyir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq bildirib ki, bu onu göstərir ki, Azərbaycan artıq beynəlxaq birlik tərəfindən təkcə Ermənistanla münasibətlərdə sülhün təşəbbüskarı deyil, eyni zamanda bütövlükdə Cənubi Qafqazda sülh gündəliyini formalaşdıran ölkə olaraq qəbul edilir: “Digər bir tərəfdən isə İslam coğrafiyasının bir parçası olan ölkəmiz ayrı-ayrı müsəlman ölkələrinin İsraillə danışıqlarında vasitəçi ölkə qismində də özünü təsdiqləyib. İsraillə uzun dövrə dayanan ikitərəfli əlaqələr və münasibətlərun sayəsində hər kəs Azərbaycanın İsrail-Türkiyə, İsrail-Suriya danışıqlarında ev sahibi qismində uğurlu iştirakına şahidlik edib. Vacib faktorlardan biri də Azərbaycanın sərgilədiyi ədalətli mövqe ilə bağlıdır. İsriaillə kifayət qədər yaxşı münasibətlərə baxmayaraq Azərbaycan İsrail və Fələstin arasında uzun illərdir davam edən münaqişənin iki dövlətli həll rpisipi əsasında, yəni, BMT qərarlarına və Qətnamələrinə uyğun olaraq həllinin tərəfdarı qismində çıxış edir.

Sammitdə iştirak həm də Qəzzanın yenidən qurulması və bərpasında da ölkəmizin töhvə verə biləcəyi ilə bağlıdır. Bütün dünya uzun illər işğaldan sonra Azərbaycanın qısa vaxt ərzində dağıdılmış, viran quyulmuş əraziləri bərpa etməsi, insanların öz yurdlarına qayıdışı istiqamətində hansı işlər gördüyünü görür və bunu qiymətləndirir. Bu baxımdan Qəzzanın da yenidən qurulmasında Azərbaycan təcrübəsindən istifadə olunacağı ehtimalı kifayət qədər yüksəkdir.

Keçirilən Sammit şübhəsiz ki, özü-özlüyündə bir tarixi hadisədir. Əldə olunan razılaşmaların bütövlükdə Yaxın Şərqdə gərginliyin azaldılacağına dair ümidləri artırdığını deyə bilərik. Lakin davamlı və qalıcı sülhün əldə olunması tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə nə dərəcədə sadiq qalacağından asılı olacaq. Uzun illərə dayanan münaqişə dövründə iki tərəf arasında ayrı-ayrı vaxtlarda sülh danışıqları və müəyyən razılşamalar əldə olunsa da sonradan atılan addımlar və verilən qərarlar davamlı sülhün təmin olunmasını mümkünsüz edib. İndi də İsrailin bütün Qəzza ərazisini tərk edib-etməyəcəyi, HƏMAS-ın silahı yerə qoyub-qoymayacağı, Qəzzanın gələcək idarəçiliyində kimlərin yer alacağına dair fikir ayrılıqlarının necə həll olunacağı müəmmalı olaraq qaldığından konkret proqnoz vermək mümkün deyil. Başqa sözlə Qəzzada real sülhün əldə olunması üçün hələ çox iş görmək lazımdır. Amma hazırda fakt ondan ibarətdir ki, müharibənion dayandırılması ilə bağlı razılaşma var və bu Qəzzada insan ölümünə son qoyulması, humanitar böhranın aradan qaldırılması baxımından olduqca vacibdir”.

Müəllif: Səbinə Hüseynli
Избранный
15
36
sia.az

10Источники