RU

DÇ-2026: Ukrayna - Azərbaycan oyununda üçüncü qol vurulub - YENİLƏNİR - CANLI

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan üçüncü qol vurulub.

Moderator.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb - 2:1.

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ikinci hissə başlayıb.

Moderator.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.

Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ilk hissə başa çatıb.

Moderator.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.

Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab bərabərləşib.

Moderator.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda yığmamız bərabərlik qolunu vurub -1:1.

45+3-cü dəqiqədə Nəriman Axundzadə "status-kvo"nu bərpa edib.

DÇ-2026-nın seçmə mərhələsininUkrayna - Azərbaycan oyununda hesab açılıb.

Moderator.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb.

30-cu dəqiqədə Ruslan Malinovski başla dəqiq oynayıb.

22:45

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyunu başlayıb.

Moderator.az xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

Komandalar arasında Bakıda keçirilmiş ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Избранный
54
10
moderator.az

10Источники