Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.
"Report"un məlumatına görə, şəhər ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
1972-ci il təvəllüdlü S.Allahverdiyev, 1999-cu il təvəllüdlü R.Yusifzadə və 1968-ci il təvəllüdlü E.Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.