Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdğı komanda səfərdə Ukrayna ilə qarşılaşıb. Görüş rəqibin qələbəsilə başa çatıb – 2:1.
Polşanın “Krakoviya” stadionunda təşkil olunacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edib.
Azərbaycan yığması qrupda ilk xalını məhz bu rəqibindən alıb. 2-ci turun Bakıda keçirilən matçında komandalar 1:1 hesablı heç-heçə etmişdi.
Bu qrupun digər matçında isə İslandiya millisi Fransanı qəbul edəcək.
13 oktyabr
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
22:45. Ukrayna – Azərbaycan 2:1
Qol: Aleksey Qutsulyak, 30 (1:0), Vitali Mikolenko-avtoqol, 45+3 (1:1), Ruslan Malinovski, 64 (2:1)
Baş hakim: Sebastian Gişamer
“Krakoviya” stadionu