AZ

Azərbaycan Ukrayna millisinə məğlub oldu – YENİLƏNİB 

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdğı komanda səfərdə Ukrayna ilə qarşılaşıb. Görüş rəqibin qələbəsilə başa çatıb – 2:1.

Polşanın “Krakoviya” stadionunda təşkil olunacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edib.

Azərbaycan yığması qrupda ilk xalını məhz bu rəqibindən alıb. 2-ci turun Bakıda keçirilən matçında komandalar 1:1 hesablı heç-heçə etmişdi.

Bu qrupun digər matçında isə İslandiya millisi Fransanı qəbul edəcək.

13 oktyabr

DÇ-2026-nın seçmə mərhələsi

D qrupu

22:45. Ukrayna – Azərbaycan 2:1

Qol: Aleksey Qutsulyak, 30 (1:0),  Vitali Mikolenko-avtoqol, 45+3 (1:1), Ruslan Malinovski, 64 (2:1)
Baş hakim
: Sebastian Gişamer

“Krakoviya” stadionu

Seçilən
10
1
idmanxeber.az

10Mənbələr