RU

QR ödənişin təşviqində məqsəd ödəniş infrastrukturunda rəqəmsallaşdırılma və nağd pul dövriyyəsinin məhdudlaşdırılmasıdır

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

QR kod, smartfonlar tərəfindən oxunan ən populyar 2D barkod tipli ticarət markası adı olan Quick Response (Tez cavab) kodunun qısaltmasıdır. Dünyada həm ticarət, həm də günlük maliyyə əməliyyatlarında QR kod ilə ödənişlər geniş yayılıb. QR kodlardan ən çox restoran menyu QR kodu, “Wi-Fi” QR kodu və veb-saytlara keçid üçün istifadə edilir. Bu kod həm şirkətlərin, həm də müştərilərin işini asanlaşdırır.

Qeyd edək ki, sosial şəbəkədə Mərkəzi Bankın ölkədə “QR” kod vasitəsi ilə ödənişi genişləndirmək istədiyi xəbəri yayılıb.

Mərkəzi Bankın “QR” kod vasitəsi ilə ödənişi genişləndirməkdə məqsədi nədir?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, QR kodla ödəniş bank sistemində rəqəmsal iz qoyduğu üçün şəffaflığı artırır.

Akif Nəsirli

“QR kodla ödənişlərin genişləndirilməsində Mərkəzi Bankın məqsədi nağdsız ödənişlərin payını artırmaq, xidmət və ticarət proseslərini sadələşdirmək, həmçinin kölgə iqtisadiyyatını azaltmaqdır.

QR ödənişlər - POS-terminal və ya plastik karta ehtiyac olmadan və birbaşa mobil tətbiq vasitəsilə, daha az xərc və risklə həyata keçirilir. Bu proses həm mikrosahibkarlar üçün əlverişlidir, həm də bank sistemində rəqəmsal iz qoyduğu üçün şəffaflığı artırır. Beləliklə, əsas maraq ödəniş infrastrukturunun rəqəmsallaşdırılması, xərclərin azalması və nağd pul dövriyyəsinin məhdudlaşdırılmasıdır”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
132
bizimyol.info

1Источники