RU

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

2025-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 13048,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7,0 faiz artmışdır. 

İstifadə olunmuş investisiyanın 6647,6 milyon manatı və ya 51,0 faizi məhsul  istehsalı  sahələrinə, 4298,5 milyon  manatı (32,9 faizi) xidmət sahələrinə, 2102,0 milyon manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 10057,3 milyon manatını və ya 77,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 10280,2 milyon manatı və ya 78,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
343
18
xalqqazeti.az

10Источники