RU

Belçikada nəqliyyat kollapsı yaşanır | VİDEO

AzVision.az Fransanın “Agence France-Presse (AFP)” agentliyinə istinadən xəbər verir ki, ölkənin ən böyük hava limanı Brüssel təhlükəsizlik işçilərinin tətili səbəbindən bütün reysləri ləğv edib.

“Ryanair” büdcə aviaşirkəti üçün Avropanın əsas habı olan “Şarlerua” hava limanı, kadr çatışmazlığı səbəbindən uçuşlar həyata keçirə bilməyəcəyini açıqlayıb. Uçuşların ləngiməsi və ləğvi Belçika paytaxtının metro, tramvay və avtobuslarına da təsir edib.

Paytaxt polisi vətəndaşlara bəzi mərkəzi ərazilərdən uzaq durmağı və avtomobillə hərəkət etməyi məsləhət görüb.


Avropa İttifaqı (Aİ) qaydalarını pozan büdcə kəsiri ilə mübarizə aparan Belçika hökuməti Bart de Veverin rəhbərliyi altında pensiya sistemində islahatlar aparmağa və həmkarlar ittifaqlarını hiddətləndirən digər qənaət tədbirlərini həyata keçirməyə çalışır.

Həmkarlar ittifaqları, öz növbəsində, planlaşdırılan islahatlara, o cümlədən erkən pensiyaya çıxmaq imkanının ixtisarına və əmək haqqı indeksasiyasının dondurulmasına kəskin etirazlarını bildiriblər.

“Bu hökumət daha sabit iş yerləri və alıcılıq qabiliyyətini artıracağını vəd edib. Boş sözlərdir! Bir daha varlılardan başqa hamı pul ödəyir”, - bəyan edən CSC həmkarlar ittifaqı insanları küçələrdə aksiyalarına çıxmağa çağırıb.

Həmkarlar ittifaqlarının fikrincə, oktyabrın 15-də etiraz nümayişlərinə 10 minlərlə vətəndaş çıxacaq.

Etiraz De Veverin oktyabrın 13-də büdcə ilə bağlı razılığa gələ bilməyən koalisiya hökumətinə təzyiqi artıracaq və bu, onu parlamentdə oktyabrın 14-nə planlaşdırılan əsas çıxışını təxirə salmağa vadar edəcək.

Belə etirazlar əvvəllər də Belçikada baş verib. Bu ilin aprel ayında ölkənin iki ən böyük hava limanı Belçika həmkarlar ittifaqı böyük tətil planlaşdırdığı gün uçuşların ləğvi barədə xəbərdarlıq etmişdi.

@n3mestniy В аэропорту Брюсселя объявили: из-за национальной забастовки все вылетающие пассажирские рейсы 14 октября отменены.#европа #бельгия #бельгія #тимчасовийзахист #временнаязащита ♬ Epic News - DM Production

Sahil İsgəndərov
AzVision.az
Избранный
93
1
azvision.az

2Источники