RU

Kamerun yox, Kabo Verde!

Afrikada DÇ-2026-nın daha bir iştirakçısı məlum olub.

"Football-plus.az" xəbər verir ki, Kabo Verde yığması tarixində ilk dəfə turnirin final mərhələsinə vəsiqə qazanıb.

Dünya çempionatının seçmə mərhələsində uğurla çıxış edən komanda son oyunda Esvatiniyə 3:0 hesabı ilə qalib gələrək D qrupunda 1-ci yeri tutub. 10 turdan sonra 23 xal toplayan Kabo Verde 19 xala malik Kamerunu geridə qoyub.

Qeyd edək ki, gələn ilki dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

Избранный
66
1
football-plus.az

2Источники