BAKI, 15 oktyabr. TELEQRAF
Bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putin Suriya keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Kremlməlumat yayıb.
Bildirilib ki, Suriya Prezidenti Rusiyaya işgüzar səfər çərçivəsində səfər edir.
Görüş zamanı Rusiya və Suriya arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.
Tərəflərin, həmçinin Yaxın Şərqdəki cari vəziyyət və regionda baş verən son hadisələr barədə fikir mübadiləsi aparacağı gözlənilir.