RU

Hadrutda “Azərişıq”ın 10 illiyinə həsr olunmuş innovasiya və ustalıq müsabiqəsi keçirilir

HADRUT, 15 oktyabr. TELEQRAF

Hadrut qəsəbəsində “Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş " Yeni Nəsil Energetiklərin İnnovasiya və Ustalıq müsabiqəsi"nin final mərhələsi keçirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Final turuna qədər 11 seçmə mərhələ keçirilib.

Final mərhələsində ölkənin müxtəlif regionlarından gələn peşəka energetiklərin bilik və bacarıqlarının nümayişi müşayiət olunacaq.

Keçirilən həmin turlarda qalib olmuş komandalar: Ağsu EŞ, Bağlar ETSİ, Lənkəran EŞ, Mingəçevir EŞ, Səlyan EŞ, Siyəzən EŞ, Şahbuz Eş, Şuşa EŞ, Tovuz EŞ, Yasamal Rayon ETSİ və Zaqatala EŞ Hadrutda təşkil olunan müsabiqədə iştirak edir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Təşkil edilən müsabiqə 2 hissədən ibarətdir İntelektual və praktiki. Birinci mərhələdə komandalara ümumilikdə 50 sual taqdim olunacaq. lik 40 sual 1 balla, son 10 sual 2 balla qiymətləndiriləcək. Suallar elektroenergetikanın əsasları, "Azərişıq” ASC-nin son 5 ildə işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, tətbiq olunan innovativ texnologiyalar. həyata keçirdiyi irimiqyaslı layihələr, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ile son 10 ilde ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirdiyi islahatlar haqqında olacaq.

İkinci mərhələdə komandaların toplaya biləcəyi maksimum bal 90 baldır.

Mərhələ 3 tapşırıqdan ibarətdir.

1. KTM-in tərmirə çıxarılması (30 bal, 15 dəqiqə)

2. Dayaqdan gərginlik altına düşmüş şəxsin xilas olunması, yerində süni nəfəs və ürək

masajının edilməsi (40 bal, 8 dəqiqə)

3. Yuvada baş vermiş yanğının söndürülməsi (20 bal, 2 dəqiqə)

Keçirilən tədbirin əsas məqsədi energetika sahəsində çalışan mütəxəssislər arasında təcrübə mübadiləsini təşviq etmək, peşəkar həmrəyliyi gücləndirmək və ustalıq səviyyəsini artırmaqdır.

Избранный
117
teleqraf.com

1Источники