RU

DMA: 371 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakı,15 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) bu ilin doqquz ayında 371 min 200 şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 137 mini münasib işlərlə təmin olunub, 15 min 70-ü isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Yanvar-sentyabr aylarında 13 min 500 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 205 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Избранный
61
6
azertag.az

7Источники