RU

Azad edilmiş ərazilərimizin bərpa və inkişafında bu ölkə də iştiraka hazırdır

Yazını böyüt
Yazını kiçilt

Belarus Azərbaycanının azad edilmiş ərazilərinin bərpası və inkişafında fəal iştirak etməyə hazırdır.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç deyib.

Diplomatın sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko azad edilmiş əraziləri ziyarət edən ilk qeyri-türk dövlət başçısı olub:

“Biz bir daha Azərbaycan xalqını ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edirik. Bu torpaqlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, yeni iş yerləri açılır, normal yaşayış üçün şərait yaradılır. Belarus bu prosesin bir hissəsi olmaqda maraqlıdır. Bu gün Belarus və Azərbaycan arasında qarşılıqlı ticarət və xidmət axını sabit şəkildə formalaşıb”.

Dmitri Pineviç vurğulayıb ki, artıq belaruslu mütəxəssislər Ağdam rayonunda fəaliyyət göstərir, yaşayış qəsəbəsinin layihələndirilməsi və Ağdam Sənaye Parkında birgə layihələrdə iştirak imkanlarını nəzərdən keçirirlər. Səfir heç bir maneə iki ölkə arasında əməkdaşlığa mane olmur:

“Prezidentlərimizin qardaşlıq münasibətləri əməkdaşlıq potensialını daha da artırır. Birgə istehsal logistika xərclərini azaldır, bəzi - İT, biotexnologiya, farmasevtika kimi sektorlarda isə logistika ümumiyyətlə həlledici amil sayılmır”.

Избранный
40
4
hafta.az

5Источники