RU

General bu səbəbə görə vəzifəsindən azad edilibmiş

"Səhhətimdə problemlər yaranıb".

News24.az xəbər verir ki, bunu Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin sabiq birinci müavini İsmayıl Hüseynov deyib.

O bildirib ki, səhhətindəki problemlərlə bağlı həkim yoxlanışından keçib:

"Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm. Ötən gün Prezident İlham Əliyev işdən azad edilməyimlə bağlı Sərəncam imzaladı", - deyə İ.Hüseynov əlavə edib.

Xatırladaq ki, İsmayıl Hüseynovun vəzifəsindən azad edilməsi ilə bağlı ilk xəbəri "Bakupost" yayıb. (Unikal.az) 


Избранный
155
12
news24.az

10Источники