RU

Məşhur türkiyəli müğənninin ürəyi dayandı, həkimlər həyata qaytardı

ain.az bildirir, Oxu.az portalına istinadən.

Məşhur türkiyəli müğənni və aparıcı Fatih Ürekin səhhətində ciddi təhlükə yaranıb.

Oxu.Az "Posta" qəzetinə istinadən xəbər verir ki, 59 yaşlı sənətçi ​​infarkt keçirib və ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

İddiaya görə, musiqiçinin ürəyi dayanıb, həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

Qeyd edək ki, Fatih Ürek musiqi karyerası ilə yanaşı, müxtəlif televiziya seriallarında və filmlərdə çəkilib. Sənətçi telekanallarda aparıcı kimi də tanınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
72
oxu.az

1Источники