RU

Tramp və Makronun "qol güləşi" gündəm oldu: Görün, aralarında hansı dialoq keçib

Misirdə keçirilən Qəzza Sülh Sammiti zamanı ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron arasında baş verən əl sıxışması beynəlxalq medianın diqqət mərkəzinə çevrilib.

News24.az xəbər verir ki, ingilis mətbuatının yazdığına görə, iki liderin təxminən 30 saniyə davam edən əl sıxışı bir növ “qol güləşinə” çevrilib və bu anlar kameralara yansıyıb.

"Daily Mail" nəşri dodaq oxuma mütəxəssisi Nikola Hiklinqin açıqlamasına istinadən yazır ki, Makron və Tramp bu qısa, lakin gərgin görüş zamanı sözlərlə də qarşıdurmaya giriblər.

Hiklinqin sözlərinə görə, Tramp görüşə gülümsəyərək belə başlayıb:

“Sizi görmək çox xoşdur, elə deyilmi?”

Makronun cavabı eşidilməsə də, Trampın ardınca dediyi “Siz həqiqətən səmimisinizmi?” ifadəsi kameralarda aydın görünür. Fransa lideri isə soyuq şəkildə “Əlbəttə” cavabını verib.

Tramp daha sonra Makronun əlini daha möhkəm sıxaraq deyib:

“Yaxşı, indi bilmək istəyirəm ki, məni niyə incitdin. Sən məni incitdin. Mən bunu bilirəm...”

Aqil Qarayev

Избранный
139
1
news24.az

2Источники