RU

Yer kürəsi ilə bağlı şok xəbərdarlıq: Təhlükə yaxınlaşır

Mütəxəssislər Yerin maqnit sahəsinin zəifləməsi ilə bağlı ciddi xəbərdarlıq edirlər.

News24.az xəbər verir ki, alimlərin fikrincə, planetin görünməz qalxanı xüsusilə Cənubi Atlantika üzərində təhlükəli dərəcədə zəifləyib.

Yerin səthindən təxminən 3 000 kilometr dərinlikdə yerləşən nüvə planetin maqnit sahəsini formalaşdırır. Bu sahə Günəşdən gələn yüklü hissəcikləri və kosmik şüaları yayındıraraq Yer üzündə həyatı qoruyur.

Lakin son illər Avropa Kosmik Agentliyinin (ESA) “Swarm” peyklərindən əldə olunan məlumatlar göstərir ki, Cənubi Atlantik Anomaliyası (SAA) adlanan bölgədə qoruyucu sahə getdikcə zəifləyir.

Geomaqnetizm üzrə mütəxəssis professor Kris Finlay bildirib ki, xüsusilə Afrikaya doğru genişlənən zonada sahə daha sürətlə zəifləyir:

“Bu ərazidə sahənin intensiv şəkildə azalmasına səbəb olan xüsusi bir proses gedir. Bu dəyişikliklər bizi ciddi nəticələrlə üz-üzə qoya bilər". 

NASA-nın məlumatına görə, bu anomaliya Yerin nüvəsindəki ərimiş dəmir və nikelin qeyri-müntəzəm hərəkətindən yaranır. Maqnit sahəsindəki dalğalanmalar planetin maqnit oxunun əyilməsi ilə birləşərək SAA-nın formalaşmasına səbəb olur.

Избранный
104
1
news24.az

2Источники