RU

Zəfər xronikası. 16 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibəverib.

Trendmüsahibəni təqdim edir:

- "A Haber" ekranlarından hər kəsə salamlar. Bütündünyanın gözü Qarabağ bölgəsindədir. Otuz ildir erməni işğalıaltındakı Qarabağda hazırda böyük bir faciə yaşanır. Çünkiermənilər humanitar atəşkəsə baxmayaraq, xüsusilə mülki şəxsləri vəAzərbaycan Ordusunu hədəfə almağa davam edirlər. Təbii ki,Azərbaycan Ordusu da bu hücumları cavabsız qoymur və erməniordusuna ağır zərbələr vurulur.

Bəs, bölgədə son durum necədir, bundan sonra nələryaşanacaq? Bu durumla bağlı Azərbaycan Prezidenti, SilahlıQüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fikirləriniöyrənəcəyik.

Cənab Prezident, bizi qəbul etdiyiniz üçün sağ olun,xüsusilə "A Haber" adından çox təşəkkür edirik.

- Sağ olun, təşəkkür edirəm.

- Cənab Prezident, təbii ki, müsahibəmizə bölgədəkivəziyyətlə başlayacağıq. Dünən Ermənistan yenə mülki şəxslərihədəfə aldı. Tərtərdə bir məzarlıq hədəfə alındı və 3 azərbaycanlıqardaşımız şəhid oldu. Siz bu hücumu necədəyərləndirirsiniz?

- Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüşmeydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunubiz birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımınıtörədənlər bizim həmin mənfur qonşularımızdır.

Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusuqarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşımüqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşlarıhədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlakoldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Buinsanların dəfn mərasimində iştirak etdikləri bir yerdir, hər birinsan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfurqonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu,insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətinigöstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar biziyolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qırabilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyədavam edəcəyik.

- Təbii ki, Azərbaycan mülki şəxslər məsələsində olduqcadiqqətli, çox dəqiq davranır. Bu ana qədər bir erməni mülki şəxsinbelə burnu qanamadı. Ancaq indiyədək 46 azərbaycanlı qardaşımızşəhid oldu. Qərbə baxdığımız zaman, Qərb bu qətliamlara münasibətdəniyə səssizdir?

- Təəssüf ki, mülki şəxslər arasında insan itkisi davam edir,artıq 47 nəfər oldu və 222 mülki şəxs yaralandı, 2 minə yaxın ev yatamamilə dağıldı, ya da ki, böyük ziyan gördü. Mən bunu demişdim,biz bu insanların qisasını döyüş meydanında alacağıq. Biz heç zamanmülki şəxslərə qarşı atəş açmamışıq, bu gün də açmırıq, baxmayaraqki, Gəncəyə, Tərtərə hücumlar oldu. Bu gün səhər saat 6-dan 8-əqədər, - indi saat 9:10-dur, - Tərtər, Ağdam, Goranboy və digərrayonlara 220-dən çox mərmi düşüb. Yəni, bu namərd hücumlar davamedir. Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycanəhalisi arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və özçirkin niyyətlərinə çatmaqdır. Ancaq görürlər ki, bu, alınmır və nəqədər mərmi düşürsə-düşsün Azərbaycan vətəndaşları öz torpağındaqürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onlarıbirləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycanbayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazibütövlüyümüzün bərpa edilməsidir.

O ki qaldı, toxunduğunuz ikinci məsələyə - niyə Qərb səssizqalır? Biz bunu birinci Qarabağ savaşında gördük. Ermənistan bizətəcavüz etdi, Ermənistan bizim torpaqlarımızı işğal etdi,Ermənistan bizim xalqımıza qarşı soyqırımı törətdi, ancaqsanksiyalar Azərbaycana tətbiq edildi. O zaman – 1992-ci ildə,1993-cü ildə Qərb mətbuatında belə bir təsəvvür yarandı ki, sankiAzərbaycan işğalçıdır, Azərbaycan təcavüzkardır, Ermənistan isə butəcavüzün qurbanıdır. Bu gün də bunu az miqdarda, az həcmdəgörürük. Çünki artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil.

- Cənab Prezident, 1993-cü ildə, xüsusilə noyabr ayındayenə o dönəmdə atəşkəs elan edilmişdi. Atəşkəsi yenə Ermənistanpozmuşdu, qətliamlar törətmişdi. İndi baxdığımız zaman atəşkəsipozan yenə Ermənistandır. Bu atəşkəslə Azərbaycan Ordusununirəliləyişinin dayandırılmasımı istənilir?

- Bilirsiniz, bu, onların taktikasıdır. Atəşkəsi istəyənErmənistan oldu. Onlar görəndə ki, artıq döyüş meydanında işğaledilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər,onlar atəşkəs üçün müraciət etdilər. Bizə də belə müraciət gəldi, -bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, - biz dədedik ki, humanitar məqsədlər üçün, cəsədlərin dəyişdirilməsi,əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Amma, eynizamanda, Moskva açıqlamasında bu, göstərildi ki, müzakirələrmahiyyət üzrə bərpa edilməlidir. Həmçinin müzakirələrin formatı dadəyişməz qalmalıdır. Ancaq görünür ki, onlar bu atəşkəsdən istifadəetmək istəyiblər, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkiletdilər. Ondan sonra bizim digər şəhərlərimizi vurmağa başladılarvə faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu,onların taktikasıdır. Görünür, onlara bu atəşkəs ona görə lazım idiki, öz qüvvələrini toparlasınlar, səfərbərlik tədbirləri görülsünvə bizə yeni hücum təşkil edilsin. Çünki bu atəşkəsdən sonra onlarHadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər, üç dəfəoraya hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onlarınniyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə dəqaytarmaq və beləliklə, öz işğalçılıq siyasətini davametdirməkdir.

- Bu arada, "Hadrut hələ də bizdədir", - deyə hazırdayalan təbliğat aparılır, qəbul edə bilmirlər.

- Bəli, bu günə qədər bu yalan təbliğatı aparırlar. Hadrutdaartıq neçə gündür ki, Azərbaycan bayrağı dalğalanır. Hadrutunətrafındakı yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizimnəzarətimizdədir. Əgər Hadrut götürülməsəydi, Xocavənd rayonununkəndləri də götürülə bilməzdi, o zaman Füzuli rayonunun kəndləri dəgötürülə bilməzdi. Biz ancaq Hadrut istiqamətindən orayairəlilədik.

- Cənab Prezident, humanitar atəşkəsin tətbiq edildiyitarixdən etibarən xüsusilə İrəvanın hava limanına Rusiyadan,İrandan karqo təyyarələri ilə davamlı olaraq raketlər göndərilir.Bununla da, əslində, cinayət törədilir. Bu barədə, xüsusilə İranPrezidenti Ruhani ilə sərhəd qapısının bağlanması ilə bağlıdanışdınız, Rusiya ilə də danışdınız, raketlərin göndərilməsibarədə. Bu silahlar ödənişsiz verilir. Bu baxımdan İran və Rusiyayanə demək istərdiniz?

- İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdəhər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran vəGürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahlarındaşınmaması üçün bağladı. Buna görə biz İran və Gürcüstanhökumətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik. Bizdəolan məlumata görə, Gürcüstan ərazisindən bu gün mülkitəyyarələrlə, eyni zamanda, karqo təyyarələri ilə qaçaq yolla silahgöndərilir.

Ermənistan bu yaxınlarda bir təyyarə satın almışdır. Bizdə olanməlumata görə, təqribən 30-40 milyon dollara almışdır. Bu təyyarənialan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır, Karapetyan,Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşıvuruşmaq üçün Qarabağa muzdlu kimi göndərirlər. Eyni zamanda, bu"İl-76" təyyarəsinin alınması Ermənistana imkan verdi ki, osilahları qaçaq yollarla Ermənistana gətirsin. Çünki hər dəfə hərbitəyinatlı məhsullar göndəriləndə bu, bəyan edilir. Onlarınbəyanatlarında isə bu, mülki karqodur. Amma onun içərisində tankəleyhinə "Kornet" və "Konkurs" silahları, "İqla" hava hücumunaqarşı silahlar, eyni zamanda, bizdə olan məlumata görə, Rusiyadaqaçaq yollarla alınmış raketlər göndərilir. Ona görə biz BeynəlxalqMülki Aviasiya Təşkilatına rəsmən müraciət etdik ki, bu məsələniaraşdırsın, bunu dayandırsın. Bu, beynəlxalq cinayət sayılır. Buqaçaq silahların Ermənistana göndərilməsi qəbuledilməzdir.

Rusiya rəsmi orqanları tərəfindən də bizə açıqlama verildi ki,Rusiya Ermənistana silah göndərmir. Ona görə bizim fikrimizcə, busilahları Rusiyada yaşayan erməni iş adamları, zəngin iş adamlarıqanunsuz yollarla bəzi hərbi zavodlardan alıb Ermənistanagöndərirlər. Bu istiqamətdə araşdırmalar davam etdirilir.

- İndi isə, cənab Prezident, cəbhəyə "gedəcəyik". Təbiiki, Azərbaycan və Türkiyə xalqları cəbhədən gözəl xəbərlər, gözəlmüjdələr gözləyirlər. Mən xəritəni göstərmək istəyirəm, təbii ki,18 min kvadratkilometrlik bir ərazidən bəhs edirik. Bu ərazi otuzildir ki, işğal altındadır. Bu bölgələrin bu günə qədər neçə minkvadratkilometrlik sahəsi azad edilib? Hazırda Azərbaycan Ordusuirəliləyir, böyük zərbələr vurur. Deyirik ki, bu günə qədər erməniordusu öz gücünün yarısını itirib. Rəqəm olaraq erməni ordusu nəqədər itkiyə uğradıldı? Bununla bağlı bir rəqəm öyrənə bilərikmi,cənab Prezident?

- Azad edilmiş torpaqları hesablamaq o qədər də çətin məsələdeyil, halbuki hər gün bu, dəyişir. Dünən mən yeni altı kəndinişğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdım. Ondanəvvəlki gündə daha çox sayda kəndlər azad edildi. Bu proses davamedir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azadedirik, hər gün yeni strateji yüksəklikləri azad edirik. Ona görəbu rəqəmlər dəyişir. Ancaq bu gün rəsmi qaydada verilən məlumatdeməyə əsas verir ki, hansı bölgələr azad edildi.

İndi bu xəritədə, misal üçün, Hadrut yoxdur. Artıq Hadrutbizdədir. Füzulinin ətrafında kəndlərin mütləq əksəriyyətibizdədir. Artıq Füzuli bizim gözümüzün qabağındadır. Ondan sonracənub istiqamətində də irəliləmişik. Şimalda Murovdağ mövqeləribizdədir, Suqovuşan bizdədir. Yəni, bütün istiqamətlər üzrə böyükuğurlar əldə etdik və bu proses davam edir. Hesab edirəm və əminəmki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə o kəndlərinsakinləri ki, o kəndlər işğaldan azad edilir, onlar üçün əlbəttə,bu, tarixi günlərdir.

- Yəni, orta hesabla təxminən neçə min kvadratmetrolur?

- Bunu demək istəməzdim. Çünki bu, hər gün dəyişən rəqəmdir.Ancaq bizim məqsədimiz ərazi bütövlüyümüzü tam bərpa etmək vəAzərbaycan bayrağını işğal edilmiş bütün torpaqlardaqaldırmaqdır.

- Bəs, erməni itkiləri ilə bağlı rəqəmin nə qədərolduğunu deyə bilərsiniz?

- Bu rəqəmlər də hər gün dəyişən bir statistikadır. Yalnız200-dən çox tank məhv edildi, 33 tank qənimət kimi götürüldü, onlarbizdə saz vəziyyətdədir. Hava hücumuna qarşı 35 OSA sistemi məhvedildi. Hava hücumuna qarşı çox müasir iki S-300 sistemi məhvedildi.

- Çox qiymətli, bahalıdır.

- Bəli, çox qiymətli, ondan sonra TOR, o da çox bahalı, o dahava hücumuna qarşı sistemdir. Təqribən 170 karqo maşını ya məhvedildi, ya da bizdədir. Həmçinin 16 komanda mərkəzi məhv edildi.Bizim hesablamalarımıza görə, bu günlər ərzində Ermənistan ordusunatəxminən 2 milyard dollar ətrafında ziyan dəydi və bu, davam edir.Mən demişəm və Ermənistan rəhbərliyinə də müraciət etmişəm, sizatəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın, bumüharibə dayansın, siz də indi qalan silahlarınızı xilas edin.Yoxsa belə gedərsə, biz onların bütün silahlarını məhvedəcəyik.

- Ermənistanın insan itkisi nə qədərdir, cənabPrezident?

- İnsan itkisi barədə onların verdiyi rəqəmi, - mən mətbuatdagedən rəqəmi deyirəm, - təqribən 600-dən çoxdur. Amma bizdə olanməlumata görə, onlarda itki bundan bir neçə dəfə çoxdur.

- Yəni, Ermənistan az göstərməyə çalışır?

- Təbii.

- Amma cəbhədə vəziyyət fərqlidir.

- İndi əgər 200 tank məhv edilibsə, bu tankın içində olanəsgərlərin sayına baxın, artıq neçəyə çatır. Ondan sonra döyüşmeydanlarında, komanda mərkəzlərində, digər qurğularda. Ogörüntülər var, onların texnikası necə məhv edilir, ona görəhansısa konkret rəqəm demək istəməzdim. Çünki mən hər zaman dəqiqrəqəmlərə sadiqəm, yoxlanılmamış rəqəmləri səsləndirmək istəmirəm.Amma təbii ki, 600-dən daha çoxdur.

- Yəni, Ermənistanın silahlarının yarısına yaxını yoxedildi deyə bilərikmi, cənab Prezident?

- Biz bilmirik, onlarda nə qədər silah var. Amma bir sual ortayaçıxır ki, onlar bu silahları hansı pulla alıblar? Ermənistanınbüdcəsi də, valyuta ehtiyatları bəllidir. Təkcə 17-18 gün ərzindəonların 2 milyard dollarlıq silahları məhv edilib və hələ dəsilahları var. Məhv edilmiş bu silahlar yalnız işğal edilmiştorpaqlardadır. İndi Ermənistan ərazisində nə qədər silahlar var?Baxın, bunlarda nə qədər silah var? Haradan aldılar bunu, haradanbu pulu tapdılar? Təbii ki, bunlarda bu qədər pul yoxdur. Deməli,bunu havayı aldılar.

- Cənab Prezident, 18 oktyabr önəmli bir gündür.Azərbaycanın müstəqillik günüdür. Azərbaycan xalqı bu tarixdəSizdən bir müjdə gözləyir, İnşallah. Qarabağla bağlı bir müjdənizolacaqmı? Buradan "A Haber" ekranlarından bütün Türkiyəyə vəazərbaycanlı qardaşlarımıza o müjdəni bölüşməkistərdinizmi?

- Bilirsiniz, bu, doğrudan da tarixi bir gündür. ÇünkiAzərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu. Müstəqilliyinilk illəri bizim üçün çox ağır keçdi, faciəvi keçdi. Bizmüstəqilliyimizi itirə bilərdik. Necə ki, 1920-ci ildə itirdik,cəmi iki il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqutetdi. Bu dəfə də Ermənistanın Azərbaycana təcavüzü, eyni zamanda,Azərbaycanın daxilində gedən çarpışmalar böyük böhrana səbəb oldu.Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndənsonra vəziyyət sabitləşdi, sabitlik təmin edildi və Azərbaycaninamla inkişaf yoluna qədəm qoydu.

Ona görə 18 oktyabr tarixi bizim üçün çox əziz bir tarixdir.Ancaq bu müddətdə - bu 17-18 gün ərzində mən heç zaman bizim orduqarşısında bu tarixdə bunu alacaqsan, o tarixdə bunu alacaqsanvəzifəsi qoymamışam. Çünki müharibənin öz qaydaları, öz qanunlarıvar. Bizim üçün əsas məsələ ərazi bütövlümüzü bərpa etməkdir. Nəzaman müjdə veriləcək - 17-dəmi, 18-dəmi, 19-damı, bu, o qədərönəmli deyil. Önəmli odur ki, biz bunu edək, buna nail olaq. Eynizamanda, biz bəzi kəndlər haqqında məlumatı bu gün də verə bilərikvə bəlkə də olacaq. Ancaq ən önəmlisi strateji yüksəkliklərigötürməkdir. Çünki bu yüksəklikləri götürərkən biz daha böyükəraziyə nəzarət edirik. Bundan sonra Azərbaycan Ordusunun əks-hücuməməliyyatının daha da uğurlu olmasına şərait yaradırıq.

- Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlılarıngözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmıverdiniz, inşallah?

- İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər birqarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hərbir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərləmüqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki,Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizimtarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycanxalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki,Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələrprosesində də hər zaman bu məsələ gündəlikdə idi.

Bilirsiniz, bundan əvvəlki dövrdə danışıqlar masasında bir çoxməsələlər var idi. Bəzi təkliflər ondan ibarət idi ki, yaxşı,Azərbaycan bu beş rayonu alsın, bununla kifayətlənsin. Qalanlar daqalsın, yəni, hər şeyi siz almaq istəyirsiniz, belə şey olmur,kompromis olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm.Beş rayonu alıb qalan rayonları sonraya, qeyri-müəyyən vaxtasaxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Onagörə müxtəlif mərhələlərdə vasitəçilər və bəzi beynəlxalqtəşkilatlar təəccüb edirdilər ki, nə üçün İlham Əliyev bunarazılaşmır. Axı, ona deyirik ki, indi beş rayon, halbuki Ermənistanindi görünür o beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflərolub. Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizimişimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azadedilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz bunaçalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq?

- Yaxındamı, cənab Prezident?

- Onu, yəni, yaxın gələcək göstərər.

- İnşallah. Yəqin ki, Qarabağı azad etmək rəhmətlikatanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdənöyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinəyetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adındantəbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləməkistəyirsiniz?

- Bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiqolum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndəseçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadıgöstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütünistiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiqoldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurluinkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkədaxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyüklayihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunundavamıdır.

Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir.Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə ediləbilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. Oda müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heçvaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, özqürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir.Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.

Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəlivəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik - siyasi,iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidənquruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir.Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbimütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəmki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Onagörə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik.İnşallah, sona qədər başa çatdıracağıq.

- Azərbaycan çox güclü bir ordu yaratdı. Birinci Qarabağmüharibəsində hava qüvvələri belə yox idi, ancaq indi artıq güclübir hava qüvvələri, güclü bir ordu var. Təbii ki, "TB2" silahlıpilotsuz uçuş aparatları da bölgədə böyük bir güc oldu. Türkiyədənsatın aldınız və hazırda istifadə edirsiniz. Silahlı pilotsuz uçuşaparatları müharibənin gedişini necə dəyişdirdi?

- Çox dəyişdirdi. Çünki bilirsiniz, Ermənistan 30 il ərzindəişğal edilmiş o bölgələrdə bütün təmas xətti boyunca çox güclüistehkam qurmuşdu. Çox böyük mühəndis-istehkam işləri görmüşdü.Bəzi yerlərdə onların dörd müdafiə xətti var. Böyük xəndəklərqazıldı, digər mühəndislik işləri görüldü. Çox böyük betonplitələri vardır, sığınacaqlar vardır, bunkerlər vardır. Bir dəbölgənin relyefi elədir ki, o, təbii istehkamdır. Çünki o dağlıqərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu,böyük çətinlikdir. Çətin bir iş və çox riskli bir işdir. Ona görəbizim bu istiqamətdə gördüyümüz işlər, əlbəttə ki, böyükqəhrəmanlıq tələb edirdi və biz düşmənin texnikasını dəqiq məhvetmək üçün mütləq pilotsuz uçuş aparatlarına möhtac idik. Çox şadıqki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəlSİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. AzərbaycanTürkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi.Mən artıq bunu söyləmişəm, yalnız Türkiyə istehsalı olan SİHA-larlabir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhvedildi. Qalan bir milyardı da bizim hərbi vasitələrlə məhv edildi.Yəni, bu, müharibənin gedişatını çox dəyişdirdi.

- Bölgədə tunellərdən, laylı müdafiədən bəhs etdiniz.Əslində, biz onu Suriyadakı əməliyyatlarda görmüşdük. Bunlar PKK,PYD-nin istifadə etdiyi üsullardır. Otuz ildir bölgədə eyni üsuldanistifadə edilir. Bu baxımdan orada PKK-nın, PYD-nin bir dəstəyivarmı?

- Ola bilər. Bizdə bu toqquşmadan da əvvəl məlumat var idi ki,PKK-çılar orada düşərgə qurmuşlar. Çünki bilirsiniz, Dağlıq Qarabağnəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarətmexanizmi yox idi. Çünki indi Ermənistan da, Azərbaycanda bir çoxbeynəlxalq təşkilatların üzvüdür. Orada nəzarət mexanizmləri dəvar, monitorinq də var. Bu isə boz bir sahə, yəni nəzarətsiz birsahədir. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuzsilahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi.İstisna edilmir ki, onlar da bu istehkamların qurulmasında roloynayır.

- Bölgədə neçə dənə PKK düşərgəsi var?

- Onu biz deyə bilmərik. Çünki onlar bir yerdə dayanmırlar,onlar yerlərini dəyişirlər. Amma kifayət qədər çox idi. Hər haldabu məlumat bizdə bu son toqquşmadan əvvəl də var idi. Bu gün ermənitərəfindən vuruşan, öldürülən insanlar arasında şübhəli insanlar davar. Hər halda Kanada pasportlu, Livan pasportlu insanlar var.Şəxsiyyətini müəyyən etmək mümkün olmayan insanlar var. Ammadəqiqdir ki, onlar erməni əsgəri deyil. Yəni, onlarmuzdlulardır.

- Bölgədə xüsusilə Ermənistan öz ərazilərindən rakethücumları həyata keçirir. Öz ərazisindən hücumlara davam edərsə,Sizin üçün Ermənistan ərazilərinə əməliyyat haqqıyaranarmı?

- Xeyr, bizim belə fikrimiz yoxdur. Mən bunu dəfələrlə demişəm,bizim Ermənistan ərazisində hər hansı bir hərbi hədəfimiz yoxdur.Hərbi əməliyyatları Ermənistan ərazisinə keçirmək fikrimiz dəyoxdur. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Biz,sadəcə olaraq, ölkə hüdudları çərçivəsində, beynəlxalq təşkilatlarvə dünya birliyi tərəfindən tanınmış qanuni Azərbaycan torpaqlarıçərçivəsində bu əməliyyatları aparırıq. Bu günə qədər bizErmənistan ərazisinə keçməmişik.

Onu da bildirməliyəm ki, iyul ayında Ermənistan-Azərbaycansərhədində bizə qarşı hücum təşkil edilmişdir. Ermənistan silahlıqüvvələri Tovuz bölgəsinə və onun müəyyən yerlərinə girə bilmişdir.Biz onları oradan rədd etdik, öz torpaqlarımızı qoruya bildik.Onları sərhəddən kənara atdıq. Ondan sonra da sərhədi keçəbilərdik. Yəni, bizim qarşımızda hər hansı bir ciddi maneə yox idi.Onsuz da bu döyüş də onu göstərdi ki, əgər burada biz keçəbilmişiksə, orada daha asandır. Çünki orada bu istehkamlar yoxdur.Amma bunu etmədik. Çünki biz hesab etdik ki, bu, düzgün olmaz. Bizöz torpağımızda özümüzü müdafiə edirik və işğalçıları öztorpaqlarımızdan qovmalıyıq. Ancaq, eyni zamanda, əgər onlarErmənistan ərazisindən bizə qarşı "Toçka-U", "İsgəndər", "Skad" vəbaşqa çox təhlükəli silahlardan istifadə etməyi davam edəcəklərsə,- necə ki, Gəncəni onlar Ermənistanın Vardenis rayonundan vurdular,- bu, bizim üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hərkəs bilsin.

- Türkiyədən və Pakistandan Sizə dəstək mesajları gəlir.Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan "Hər cür dəstəyi verməyihazırıq" dedi. Bu baxımdan Türkiyə və Pakistandan hərbi dəstəkistəyəcəksinizmi?

- Xeyr. Bizim belə bir fikrimiz yoxdur. Türkiyə və Pakistan bizəilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı.Ondan sonra Əfqanıstan bizə açıq dəstək göstərdi. Bosniya vəHerseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çoxdəstək göstərən qardaş Türkiyə olmuşdur. Mənim qardaşım, hörmətliPrezident Rəcəb Tayyib Ərdoğan ilk saatlardan çox dəqiq və çox qətimesajlar verdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanınyanındadır. Bu, bizi daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdənsöhbət gedə bilməz. Buna ehtiyac yoxdur. Bu gün Ermənistanın başnaziri tərəfindən uydurulan yanlış məlumat, əlbəttə ki, beynəlxalqictimaiyyəti çaşdırmağa yönəlib. Misal üçün, dünən Rusiyateleviziyasına verdiyi açıqlamasında demişdir ki, Azərbaycantərəfində Türkiyə vuruşur, Pakistan vuruşur, Suriyadan, Liviyadanolan əsgərlər vuruşur. Bunlar hamısı yalandır. Bu yalanı ifşa etməko qədər də çətin məsələ deyil.

Toqquşmaların ilk günündə demişdilər ki, Ermənistanın Su-25təyyarəsini Türkiyənin F-16 təyyarəsi vurmuşdur. Biz dedik ki,sübut verin. Verə bilmədilər. Sonra hər kəs gördü ki, bu, yalandır.İndi bunu artıq demirlər. İndi yeni yalan ortaya atırlar ki, guyaPakistan və türk əsgərləri bizimlə bərabər vuruşurlar. Sübutlarversinlər. Yoxdur, bu. Sadəcə olaraq, Ermənistan tərəfi birincinövbədə istəyir ki, Azərbaycan Ordusunun gücünü pərdələsin. Guyaki, Azərbaycan təkbaşına bunu edə bilməzdi. İkincisi, onun daha biryalanı odur ki, guya bu toqquşma artıq bölgədən çıxıb, daha qlobalbir toqquşmaya çevrilib. Bu da yalandır. Bizim Türkiyədən,Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnızmənəvi və siyasi dəstəkdir.

-Cənab Prezident, Türkiyə və Azərbaycanın dostluğu,əlaqələri, yaxınlığı kimləri narahat edir?

-Bizi istəməyənləri. Türkiyənin gücünün artırılmasınıistəməyənlər.

-Kimlər?

-Yəni, bunların kimlər olduğu bəllidir. Bir çox ölkələrdə belədairələr var. Bu, islamofob dairələrdir. Təəssüf ki, bu günAvropada islamofobiya artır. Kasıb ölkələrdən gələn qaçqınlara olanmünasibət də göz qabağındandır. Ona görə islamofob partiyalar bugün bir neçə Avropa ölkəsində parlamentdə yer alırlar. Radikalfaşist partiyalar daha çox səs qazanırlar. Bu, çox təhlükəli birmeyildir. İlk növbədə, Avropa üçün təhlükəli meyildir. Çünki bu,irqçiliyə, ayrı-seçkiliyə, ksenofobiyaya, islamofobiyaya şəraityaradan bir meyildir. Eyni zamanda, islamofob qüvvələrlə yanaşı,Türkiyənin gücündən narahat olan dairələr var. Çünki bugünküƏrdoğan Türkiyəsi 20 il əvvəlki Türkiyə deyil. Bunu biz də bilirik,Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyadasöz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyiisə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərininmaraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyinibildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir. BölgədəTürkiyənin iştirakı, razılığı olmadan hər hansı bir məsələ həlledilə bilməz. Suriya, Liviya, ondan sonra Aralıq dənizi – bütünbunlar onu göstərdi. Ona görə bunlar Türkiyənin gücünü istəməyən vəbundan narahat olan qüvvələrdir. Bu, təbiidir.

-Cənab Prezident, birlikdən qüvvət doğar dediniz.Türkiyənin güclü olması nə üçün önəmlidir?

-Türk dünyası üçün ona görə ki, bu, böyük bir gücdür və bizigücləndirir. Mən bunu dəfələrlə demişəm. Türkiyədə də demişəm,Azərbaycanda da. Əziz qardaşım Prezident burada olanda demişəm ki,Türkiyə-Azərbaycan birliyi bölgə üçün sabitlik gətirir. Əgərtoqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlargəlməsəydi, bəlkə də bu işlərə başqaları qarışa bilərdi. Türkiyəninbu mesajları hər kəsə "dur" dedi. Azərbaycan tək deyil. Türkiyəişin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu günAzərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amiləçevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı birölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, özmaraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk. Heç kimbizim işimizə qarışmasın, heç kim bizim daxili məsələlərimizəburnunu soxmasın. Biz bunu istəyirik. Türkiyə bu günə qədər kiminişinə qarışıb? Heç kimin. Azərbaycan kimin işinə qarışıb? Heçkimin. Sadəcə, biz deyirik ki, bizə də dəyməyin, kənarda durun.Dost olaq, tərəfdaş olaq, işbirliyi edək. Amma sizinki sizdə,bizimki bizdə. Biz bunu istəyirik və buna haqqımız çatır.

-Qarabağ probleminin həllində Türkiyəsiz bir masadanhəll yolu tapılarmı?

- Əslində, de-fakto Türkiyə artıq masadadır. Mən bunusöyləmişəm. Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşənölkələrlə bu məsələni danışır, müzakirə edir. Siz də bilirsiniz,Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıqlarıolubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksəkvəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görəTürkiyə de-fakto buradadır. Sadəcə olaraq, Minsk qrupu 1992-ci ildətəşkil olunduğu üçün, - onsuz da Türkiyə Minsk qrupunun üzvüdür, -o zaman bilmirəm hansısa səbəblərə görə həmsədr olmadı. Yəni, bizçox istərdik ki, bəri başdan Türkiyə həmsədr olsun. Ancaq o zamanTürkiyə özü bunu etmədi. Özü istəsəydi, məncə olardı. Çünki onagörə mən deyirəm, bugünkü Ərdoğan Türkiyəsi ilə o Türkiyə arasındaböyük fərq var. Əgər həmsədr olsaydı, o zaman təbii ki, bu məsələçoxdan həll olunardı. Ona görə biz deyirik ki, Türkiyəsiz bu məsələhəll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə qalsın.Yox, qoy onlar da çalışsınlar. Halbuki 30 il ərzində bir nəticəyəgəlmədilər. Amma Türkiyəni bu prosesdən kənardan saxlamaq həmdüzgün deyil, həm də ki, mümkün deyil.

-Cənab Prezident, Minsk qrupunun həmsədri Fransanınmünasibətini necə dəyərləndirirsiniz?

-Bilirsiniz, Fransanın son açıqlamaları hesab edirəm ki, müsbətaçıqlamalardır. Eyni zamanda, mənim Fransa Prezidenti ilə sontelefon danışığım da çox müsbət olubdur. Təbii ki, Fransa həmsədrkimi bitərəf olmalıdır. Mən bunu demişdim. Hər bir ölkənin başqaölkə ilə xüsusi əlaqələri ola bilər. Yəni, milli səviyyədə hər birölkə sərbəstdir. Heç kim buna bir irad tuta bilməz. Ancaqhəmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrinüzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandatçərçivəsində gərək bitərəf olsunlar. Hesab edirəm ki, bu günəFransanın addımları və yanaşması müsbətdir.

-Rusiya Xarici İşlər naziri Lavrov bir açıqlama verdi.Açıqlamasında Qarabağ bölgəsinə hərbi müşahidəçilər göndərəbiləcəklərini söylədi. Buna razılıq verərsiniz?

-Bilirsiniz, eyni zamanda, Rusiyanın Prezident ofisində deyildiki, bu, hər iki tərəfin – Azərbaycanın və Ermənistanın razılığıəsasında ola bilər. Yəni, bu, əslində, hər şeyi özü deyən birməsələdir. Hər iki tərəf buna razılıq verməlidir, bu, birincisi.İkincisi, təməl prinsipləri arasında, - mən artıq bu məsələ iləbağlı fikirlərimi bildirmişəm, - sülhməramlı qüvvələrin bölgəyəgöndərilməsi məsələsi var, ancaq ən son mərhələdə. Torpaqlarişğaldan azad edilir, beş rayon, ondan sonra iki rayon, daha sonraDağlıq Qarabağ ərazisinə və Şuşaya Azərbaycan əhalisi qayıdır.Ondan sonra sülhməramlı qüvvələr gəlir. Ona görə bu gün bu haqdadanışmaq tezdir. Üçüncüsü, hansı ölkələr bu sülhməramlı qüvvələriniçində olacaq? Bu da hər iki tərəf arasında razılaşdırılmalıdır. Buməsələ ilə bağlı müzakirələr prosesində hər hansı bir müzakirəolmamışdır. Hesab edirəm ki, Rusiya Prezident ofisindən verilənaçıqlama tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır.Bunun razılığı və bunun təqvimi verilməlidir. Bu gün fəalmünaqişələr gedə-gedə bu haqda danışmaq bir qədər tezdir.

-Təbii. Ermənistanın işğal etdiyi Qarabağda zənginyeraltı qaynaqlar var. Bilirik ki, Kəlbəcərdə zəngin qızılyataqları var. Əslində, Ermənistanın əsl dərdi qızılyataqlarıdırmı?

-Odur. Amma əsas onların bizə olan əzəli nifrətidir. Ermənistanfaşizm siyasəti aparır, Türkiyəyə, Azərbaycana nifrəti aşılayır,uşaqlara türkləri düşmən kimi qələmə verir. Öz əhalisininbeyinlərini zəhərləyir. Yəni, Ermənistanın işğalçılıq siyasətinintəməlində bu dayanır. Əsas məsələ budur. Digər bölgələrin həmbitkiçilik, həm heyvandarlıq üçün çox münbit, çox gözəl torpağıvar. Onlar bunu istismar edirlər. Kəlbəcərin qızıl yataqları. Onlarqanunsuz olaraq oranı istismar edirlər. Biz bütün o işdə onlarayardımçı olan və oraya investisiya yatıran şirkətlərə məktubgöndərmişdik. Mən bu toqquşmadan əvvəl verdiyim açıqlamalardademişdim ki, bütün bu xarici şirkətlərə son xəbərdarlıq edirik - yadayandırın bu fəaliyyəti, ya da biz sizi məhkəməyə verəcəyik.Məhkəmədə bizim sözümüz keçəcək. Çünki bu, qanunsuzdur. Oradançıxarılan qızılları Ermənistan aparır xaricə satır və pul qazanır.Orada çıxan təbii qaynaqları, bizim torpaqdan əldə edilmiş məhsuluonlar Ermənistana daşıyırlar. Ona görə burada bir çox hədəflər var.Əsas məqsəd bu torpaqları əbədi Ermənistanın tapdağı altındasaxlamaqdır. Onlar buna da nail ola bilmədilər.

-Cənab Prezident, Paşinyanın atası Sorosdurdediniz.

- Doğrudur.

-İndi Azərbaycan bölgədə Soroslamı mübarizəaparır?

O cümlədən Sorosla. Əslində, mən dedim ki, Soros deyəndə, təkcəCorc Sorosu nəzərdə tutmuram. Bu, bir anlayışdır. Bu, birhərəkətdır, bu, dağıdıcı bir hərəkətdir, bu, yırtıcı birhərəkətdir. Bu, müstəmləkəçi bir hərəkətdir. Paşinyanın Sorosla ofotoşəklinə baxın, necə eybəcər fotoşəkildir. O, internetdə var.Durublar, bədənləri də yapışıb bir-birinə. Yəni, utancverici birşəkildir, ikisi də gülür, ikisinin də üzündə təbəssüm. Bu şəkilfaktiki olaraq Paşinyanın kim olduğunu göstərir. Çünki Ermənistandaçevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu vəPaşinyan, əslində, hər zaman anti-Rusiya mövqeyində olub. Onunpartiyasının adı ermənicə "Yolka"dır. Onu tərcümə etsək "Çıxış"deməkdir. Haradan çıxış? Rusiya ilə birlikdə KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya Birliyindən. Omillət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi, anti-Rusiyamövqeyində idi. Ona görə mən təəccüb edirəm ki, bu günə qədərRusiyada bəzi siyasi dairələr onun tərəfini tuturlar. Axı o,ruspərəst qüvvələrə qarşı inqilab etdi, ruspərəst prezidentlərihəbsə atdı, ruspərəst ana müxalifət partiyasının sədrini həbsəatdı. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın "Qazprom"şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı. KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatının, - hansı ki, NATO tipli birtəşkilatdır, - erməni əsilli sədrini həbsə atdı. Yəni bu, Sorosunsözü ilə oturub-duran bir adamdır. Bir də ki, onun komandasınabaxın, onların hamısı Soros Fondunun, Açıq Cəmiyyət Təşkilatının,"Amnesty International"ın nümayəndələridir. Yəni, SorosErmənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı.

-Cənab Prezident, Türkiyədən hərbi baza istəyinizoldumu? Bu məsələ ilə bağlı bir açıqlama verdiniz, Türkiyə hərbibaza yarada bilər dediniz. Bu məsələ ilə bağlı bir danışıqapardınızmı?

-Xeyr, bu məsələ ilə bağlı hər hansı bir danışıq olmamışdır, heçzaman olmamışdır və bu gün də belə bir məsələ yoxdur. Onsuz daTürkiyə ilə hərbi sahədə bizim işbirliyimiz gündən-günəmöhkəmlənir. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm ki,keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə,eyni zamanda, özəl komandalar, digər sahələr üzrə. Ona görə buişbirliyi ən yüksək səviyyədədir və bazanın Azərbaycandayaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır.

-Cənab Prezident, Azərbaycan cəbhədə status-kvonudəyişdi dediniz. Sizə təqdim edilən status-kvo nə idi və bundansonra Azərbaycanın yeni status-kvosu nə olacaq?

-Status-kvo artıq yoxdur. Mən bu haqda öz sözlərimi dedim və bu,reallıqdır. Status-kvo nə idi? Torpaqların işğal altındasaxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləribununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlamavermişdirlər ki, status-kvo qəbuledilməzdir. Praktik addımatılmamışdır və biz 30 il bu status-kvonun dəyişdirilməsinigözlədik ki, müzakirə prosesi nəticəsində buna nail ola bilərik.Amma olmadı. Ona görə döyüş meydanında biz bunu artıq məhv etdik. Oartıq yoxdur. İndi Cəbrayıl şəhəri bizdədir, Cəbrayıl rayonununkəndlərinin böyük hissəsi bizdədir. Füzuli rayonunun kəndlərinin dəmütləq əksəriyyəti bizdədir. İndi biz Füzuli şəhərini də görürük.Hadrut bizdədir, Suqovuşan bizdədir.

- İndi Füzuli şəhərinin mərkəzini görəbilirsinizmi?

-Görürük, əlbəttə, görürük.

-İnşallah, yaxın zamanda oradan bir müjdə gələcəkdeyirsiniz.

-İnşallah. Yəni hansı status-kvodan söhbət gedə bilər.Status-kvo da yoxdur, təmas xətti də yoxdur. Onu da biz yardıq.Yəni, 30 il sülh yolu ilə müzakirə prosesi çərçivəsində edəbilmədiyimizi bax, bu günlər ərzində biz etdik.

-Cənab Prezident, Sizdən bir şeyi də soruşmaq istəyirəm.Müharibə hələ davam edir. Bu müharibədə Sizi ən çox kədərləndirən,ən çox sevindirən hadisələri soruşacağam. Yeri gəlmişkən, rəmzi birfoto, Gəncədə 4 yaşındakı Bəxtiyarın yaralı halda ikən gülümsəməsi.Bu foto bütün dünyaya əsl simvol oldu. Müsahibə aldıq, özü də nədedi, dörd yaşındakı ağlı ilə dedi: "Qarabağ bizimdir,Azərbaycanındır!"

-Bəli.

- Cənab Prezident, Sizə ən çox təsir edən,kədərləndirən, ən çox sevindirən nələr oldu?

-Ən çox kədərləndirən bizim itkilərimizdir. Həm mülkivətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimizfədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhidolurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün,valideynləri üçün böyük faciədir. Ona görə də hər birazərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür, istərmülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onlarınhamısı bizim soydaşlarımızdır, bizim övladlarımızdır,qardaşlarımızdır.

Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünkimərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri ErmənistanStalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir. Niyəsən bu mülki şəhəri atəşə tutursan? Bax, o dəfn mərasimi olsun. Bugün səhər iki saat ərzində 200-dən çox mərmi atıldı. Niyə? Tərtərdənə var? İnsanlar yaşayır. Yəni, bu erməni faşizmidir. Bir də ki,qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlarbizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdivə bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburiköçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki,indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclüdövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımızmərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, mallarıbatır, amma deyirlər ki, təki "Vətən sağ olsun!" Bax, məni ən çoxsevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızıişğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çoxsevindirən, bax, bunlardır.

-Cənab Prezident, Türkiyədə 83 milyon nəfər hər namazdansonra Azərbaycan üçün dua edir. Bu duaları hiss edirsiniz. Buradantürk xalqına nə demək, nə mesaj göndərməkistəyərsiniz?

-Təbii ki, görürəm. Bu dualar və Azərbaycan xalqının duaları,bizim digər ölkələrdə yaşayan dostlarımızın, qardaşlarımızınduaları bizi qoruyur. Çünki biz haqq yolundayıq. Biz öz torpağımızuğrunda vuruşuruq. Ermənistan tərəfindən aparılan müharibə şərqüvvələrin müharibəsidir. Biz hər zaman Türkiyədən dəstək görmüşük,dəstək hiss etmişik. Son illər ərzində Türkiyə və Azərbaycanrəhbərliyi bizim ölkələrimizi bir-birinə o qədər güclü tellərləbağlayıb ki, bu birlik, bu qardaşlıq sarsılmazdır. Bu günlərdəTürkiyədən mənə çoxlu məktublar gəlir. Yazırlar ki, "CənabPrezident, mən də gəlməyə hazıram, mən də kömək etməyə hazıram".Bunlar bizi çox duyğulandırır, çox sevindirir. Bizim birliyimiz birdaha bu çətin dönəmdə özünü büruzə verir. Ona görə bütün türkqardaşlarımıza dərin təşəkkürümü bildirirəm. Biz onların dəstəyinihiss edirik, görürük, bu dəstək bizə əlavə güc verir, bizimiradəmizi gücləndirir. Mənim əziz qardaşım, hörmətli PrezidentRəcəb Tayyib Ərdoğan demişdi ki, "Azərbaycan tək deyil, TürkiyəAzərbaycanın yanındadır". Bu, əslində, bizim birliyimizi təsviredən ən gözəl ifadədir, ən gözəl kəlamdır.

-Cənab Prezident, mən də son olaraq Rəcəb TayyibƏrdoğanı necə tərif edəcəyinizi soruşmaq istərdim.

- Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxınmünasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi.Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəniböyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli,qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyükədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən,həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələrtərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insankimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyüişlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onunmaraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insanyoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hərkəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün dəmən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizəhər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansıbir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısındabirləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Onatab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarəttələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənimqardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçünbunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra damüvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları,onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasınınbirləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundansonra da böyük səylər göstərəcəyik.

-Son sual, cənab Prezident, Türkiyə ilə bir ürək olmaqlazım olduğunu dediniz. Bu baxımdan Türkiyədə müxalifətdən Sizədəstək mesajları gəldimi?

-Belə səylər oldu. Belə mesajlar gəldi. Bilirsiniz, mən eləinsanam ki, hər şeyi necə var elə də deyirəm. Bu məsələdədiplomatiyaya ehtiyac yoxdur. Mənim üçün Türkiyədə əsas məsələmənim qardaşıma olan münasibətdir. Kim ona yaxşı münasibətbəsləyir, o, mənim ürəyimdədir. Kim ona haqsız münasibət bəsləyir,kim ona qarşı çıxır, mənim ürəyimdə onlar üçün yer yoxdur. Dəstəkgöstərmək istəyən hər kəsə mən, əlbəttə ki, təşəkkürümü bildirirəm.Ancaq hesab edirəm, hər kəs bilməlidir ki, bu gün Ərdoğanolmasaydı, Türkiyənin başı böyük dərddə ola bilərdi. Bunu hər kəsbilsin, hər kəs anlasın. Bunu mən adi bir Azərbaycan vətəndaşı kimideyirəm. Bunu siz bu gün 10 milyon Azərbaycan vətəndaşından eşidəbilərsiniz. Türkiyə-Azərbaycan birliyi möhkəmlənir. Ona görə bubirliyi təmin edən insanlar da gərək lazımi dəstək alsınlar hər biryerdə, milli məsələlərdə. O ki qaldı, partiyalar arasındakıməsələlərə, o, başqa bir işdir. Milli məsələ var, milli məsələdəhər kəs gərək vətənpərvər olsun.

-Çox təşəkkür edirəm, cənab Prezident, bizə vaxtayırdınız, suallarımızı cavablandırdınız.

Zəfər
Zəfər
Məqalədə:
Избранный
24
4
az.trend.az

6Источники