Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Pakistanın Hayber Paxtunxva vilayətinin Svat bölgəsində yük maşını dərəyə aşıb.
Oxu.Az "The Tribune"a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər ölüb, 8 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Ölənlərin əksəriyyəti uşaqlardır.
Qəzaya düşən sərnişinlər yaşadıqları yerdən başqa yerə köç edən ailələr olublar.
Məlumata görə, qəzaya səbəb sürücünün sürət həddini aşması və idarəetməni itirməsi olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.