Son günlər mal-qara arasında dabaq xəstəliyi yayılıb.
Qeyd olunan xəstəlik səbəbindən xüsusi ilə heyvan satışı bazarlarında durğunluq yaranıb.
Xəstəlik səbəbindən bir çoxları heyvanlarını satışa çıxarsa da,alıcı tapa bilmir. Bu isə heyvanların qiymətinin aşağı düşməsinə gətirib çıxarıb.
Ekologiya.az xəbər verir ki,Oxu24.com dabaq xəstəliyinin yaratdığı təhlükə və müalicə yolları ilə bağlı suallara aydınlıq gətirmək məqsədi ilə baytarla əlaqə saxlayıb.
Saytımıza açıqlama verən baytar Rəşad Hacızadə bildirib ki,hazırda geniş yayılan dabaq xəstəliyinə vaxtında müdaxilə olunduqda müsbət nəticələr əldə etmək mümkündür.
Bu xəstəliyin ilkin əlamətləri nədir? Fermer heyvanın dabaqa yoluxduğunu necə bilməlidir?
Dabaq xəstəliyinin ilkin kliniki əlamətləri heyvanda temperaturun yüksəlməsi ilə müşahidə olunur. Bu zaman bədən temperaturu 40,5-41,5 dərəcəyə qalxır.
Simptomlar görünəndən 2-3 gün sonra ağız boşluğunda, dildə, burun qanadında, burun aynasında, dırnaq arası nahiyədə, dırnaq tacında və yelində aftalar yaranır.
1-3 gündən sonra həmin şişmələr partlayır. Partlamış aftaların yerində eroziyalar yaranır.
Xəstəlik bütün heyvanlarda eyni cür müşahidə olunur?
Xeyr,bu fərqli də ola bilir. Misal üçün buzovlarda bir qayda olaraq aftalar yaranmır. Xəstəlik qastroenterit formasında keçir. Qoyun və keçilərdə eyni əlamətlər baş verir.
Dabaq xəstəliyinə yoluxan heyvanın görüntüsü:
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта