RU

“Kremlin Əsədin taleyi ilə bağlı xəbər verəcək heç nə yoxdur” – Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya lideri Vladimir Putinlə suriyalı həmkarı Əhməd əl-Şaraa arasında apardığı danışıqlarla bağlı suallarını cavablandırarkən bildirib ki, Kremlin Suriyanın keçmiş prezidenti Bəşər Əsədin taleyi ilə bağlı xəbər verəcək heç nə yoxdur.

Busaat.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putin və Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara çərşənbə günü Kremldə danışıqlar aparıb.

Peskov jurnalistlərə danışıqlar zamanı Əsədin taleyinin müzakirə edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Bizim burada Əsədlə bağlı xəbər verəcək heç bir şeyimiz yoxdur; bu kontekstdə xəbər verəcəyimiz heç nə yoxdur”.

Yeganə

Избранный
65
busaat.az

1Источники