RU

"9 min uşağı 15-19 yaşlı qızlar dünyaya gətirib" - Deputat

"Bu son beş ildə statistikada qeyd olunur ki, Azərbaycanda 83 min nigahdankənar uşaq doğulubdur və təsəvvür eləyin ki, 9 min uşağı 15-19 yaşlı qızlar dünyaya gətiribdir".

Redaktor.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında bildirdi.

"Bu olduqca ailə institutu üçün böyük bir faciəli bir problemdir. Böyük dövlət, əhalinin sayı çox olan dövlət olsa, buna əhəmiyyət verməmək olar. Amma biz bu istiqamətdə də cəmiyyətdə ictimai müzakirəni qaldırmalıyıq, canlandırmalıyıq ki, necə edək ki, biz ailə institutunu bu cür qoruya bilək. Bu olduqca vacb məsələdir", - deyə o vurğuladı.

Aminə ŞAHSUVARQIZI

Избранный
33
14
redaktor.az

10Источники