RU

"Azərbaycan xalqı bu xəyanəti bağışlamayacaq" - Deputat

Ajans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq dövlətçiliyimizə, dövlət başçısına qarşı xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun silahdaşları mütləq qanun qarşısında cavab verəcək.

"Azərbaycan xalqı çox gözəl bilir ki, Ramiz Mehdiyev kimi yüzlərlə cılız və hakimiyyət hərisləri olsa belə iki yüz illik dünya erməniliyini, erməni lobbisini və işğalçı Ermənistanın arxasında dayanan super gücləri 44 gün ərzində məğlub edən Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu qarşısında çox acizdirlər.  Dövlət çevrilişinə cəhd edən, hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkli əməlləri ilə həm də Dövlətimizin qurucusu, bütün həyatını Azərbaycan xalqının rifahına və dövlət müstəqilliyimizin sarsılmazlığına xidmət etmiş Heydər Əliyevə, Azərbaycan xalqını dünyada Qalib Xalq kimi tanıdan və beynəlxalq aləmdə dövlətimizə böyük imic qazandıran İlham Əliyevə və azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçmiş əziz şəhidlərimizin ruhuna qarşı xəyanətdir"./Unikal

Избранный
38
16
Ajans.az

10Источники