RU

Bakıda amputant futbolu üzrə açılış mərasimi keçirilib

BAKI, 17 oktyabr. TELEQRAF

Azərbaycanın ev sahibliyi etdiyi amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Bayıl Arenada təşkil olunan tədbir yarışda iştirak edəcək komandalar - Azərbaycan, Ukrayna, Niderland, Belçika və İsrail yığmalarının, eləcə də turnirin hakimlərinin paradı ilə başlayıb.

Daha sonra Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Azərbaycan Minatəmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov yarış iştirakçılarına uğurlar arzulayıb.

Dünya Amputant Futbol Federasiyasının (AAFF) prezidenti Mateusz Vidlak Azərbaycanda olmaqdan məmnun olduğunu bildirib: “Futbol ailəmizə yenidən yaxın olmaq, bu tədbiri UEFA və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birlikdə təşkil etmək həqiqətən də möhtəşəmdir”.

Tədbir bədii hissə ilə davam edib.

Избранный
55
1
teleqraf.com

2Источники