Oxu.az saytına istinadən ain.az xəbər verir.
Rumıniyanın paytaxtı Buxarestdə yaşayış binasında güclü partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Rumıniya Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Məlumata görə, doqquzmərtəbəli binada baş verən hadisə zamanı bir çox mənzillərə ziyan dəyib. Bəzi mənzillərin tamamilə dağıldığı bildirilir.
İlkin məlumata görə, partlayışdan sonra yanğın baş verməyib.
Paytaxtda xilasedicilərin və yanğınsöndürənlərin ən yüksək səviyyədə səfərbərliyi, sakinlərin təxliyəsi təşkil edilib.
Yayılan məlumatlara görə, hadisə zamanı azı 11 nəfər xəsarət alıb, onlardan beşinin vəziyyəti ağırdır.
Partlayışın dəqiq səbəbi hələlik məlum deyil, lakin hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.