"Kiss" qrupunun həmtəsisçilərindən biri, amerikalı gitaraçı və vokalçı Pol Deniel "Ace" Freyli 74 yaşında vəfat edib. Bu barədə musiqiçinin ailəsinə istinadən “Variety” məlumat yayıb.
Ölümün səbəbi hələ açıqlanmayıb. Sentyabrın sonlarında Freyli studiyasında yıxılaraq aldığı xəsarətlərə görə Kaliforniyanın Lankaster şəhərindəki “Antelope Valley Fair” sərgisində çıxışını ləğv etdi; tibbi yardıma ehtiyac oldu. Nümayəndələri pərəstişkarlarını onun yaxşı olduğuna inandırsalar da, həkimi “səyahət etməməyi” məsləhət görüb.
Oktyabrın 11-də Freyli "davam edən sağlamlıq problemləri" səbəbindən ilin qalan hissəsi üçün bütün konsertlərini ləğv etdi.
Freyli 1972-ci ildə gitaraçı Pol Stenli və basçı Cin Simmonsun yaratdığı “Kiss”-ə qoşuldu. O, yarandığı gündən qrupun əsas üzvlərindən biri olub, “Cold Gin”, “Parasite”, “Shock Me” və "Talk to Me" hitlərini yazıb. O, həmçinin Stenli ilə qrupun loqosunu hazırlayıb. Hər bir üzv özünəməxsus makiyaj yaratdı: Freyli "Space Ace" ləqəbi ilə çıxış etdi, üzündə gümüş ulduzlar vardı.
“Kiss”-in heyəti bir neçə dəfə dəyişdi. 1982-ci ildə Freyli qrupdan ayrılaraq özünün “Frehley's Comet” qrupunu yaratdı. 1996-2002-ci illərdə yenidən “Kiss” ilə çıxış etdi, lakin sonra solo karyerasına diqqət yetirdi. 2024-cü ildə “Antihero”-ya verdiyi müsahibədə "Kiss-in dörd qurucu üzvündən mən, şübhəsiz ki, ən uğurlu solo sənətçi idim" dedi. Freylinin ən məşhur layihələrinə 1978-ci ildə "New York Groove" sinqlı daxildir.
2014-cü ildə Freyli, Simmons, Stenli və “Kiss” nağaraçısı Piter Kriss rok-n- rollun Şöhrət Zalına daxil edildi. 2024-cü ildə Freyli 10.000 Volt adlı solo albomunu buraxdı və bu albom “Billboard” hit-paradlarına başçılıq etdi.
Almaz Həsənli