RU

Azərbaycanın amputant millisi Bakıda keçirilən Millətlər Liqasına qələbə ilə başlayıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 oktyabr, AZƏRTAC

Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupuna start verilib.

AZƏRTAC xəbər verir ki, açılış oyununda Azərbaycan və Belçika komandaları üz-üzə gəliblər. “ASCO Arenada” təşkil olunan matç Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb-3:0. Komandamızın qollarına Fərhad Əyyubov (2 qol) və Sənan Hacıyev imza atıblar.

Bu gün, həmçinin İsrail Ukrayna, Niderland Belçika ilə qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq, saat 15:00 və 17:00-da başlayacaq.

Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
99
5
azertag.az

6Источники