BEYLƏQAN, 17 oktyabr. TELEQRAF
Beyləqan sakini səhvən sirkə turşusu içib zəhərlənib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Beyləqan rayon sakini 2012-ci il təvəllüdlü Quluzadə Gülay Vüqar qızı səhvən sirkə turşusu içib.
Ailə üzvləri dərhal G.Quluzadəni Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.