AZ

Beyləqan sakini sirkə turşusundan zəhərləndi

BEYLƏQAN, 17 oktyabr. TELEQRAF

Beyləqan sakini səhvən sirkə turşusu içib zəhərlənib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Beyləqan rayon sakini 2012-ci il təvəllüdlü Quluzadə Gülay Vüqar qızı səhvən sirkə turşusu içib.

Ailə üzvləri dərhal G.Quluzadəni Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
68
teleqraf.com

1Mənbələr