Demokrat.az xəbər verir ki, bu barədə TASS-a vilayət prokurorluğu məlumat verib.
Prokurorluq bildirib ki, Smolensk şəhərinin Leninski Rayon Məhkəməsi Faiq Əliyevi Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi üzrə təqsirli bilib. Maddəyə görə, o, vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlərə və külli miqdarda qanunsuz hərəkətsizliyə görə rüşvət verib.
Məhkəmə açıqlamasında deyilib ki, Faiq Əliyev 2020-ci ilin martından 2024-cü ilin dekabrına qədər hotel kompleksinin və ticarət mərkəzinin sahibi olaraq PJSC MRSK Central - Smolenskenergo-nun məmuruna 846 min rubl rüşvət verib.
Bundan əvvəl Smolensk vilayətinin prokuroru Aleksandr Spitsin TASS-a bildirib ki, regionda iri müəssisələrdən, hotellərdən, restoranlardan və yaşayış binalarından elektrik enerjisinin oğurlanmasını gizlətmək üçün 7 il ərzində enerji şirkətinin işçiləri sahibkarlardan rüşvət alıb. İlkin məlumata görə, rüşvətin ümumi məbləği 6 milyon rublu keçib. Faiq Əliyev də həmin korrupsiya sxemində təqsirləndirilən şəxs kimi cəlb olunub.
10Источники
- 
                                    
                                        publika.azRusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu ( 22594504)
 - 
                                    
                                        buta.tvRusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu ( 22593940)
 - 
                                    
                                        publika.azAzərbaycanlı iş adamı Rusiyada həbs olundu: Erməni izi ( 22581211)
 - 
                                    
                                        yenicag.azRusiyada daha bir azərbaycanlı iş adamı qondarma maddələrlə həbs olundu - FOTO ( 22577947)
 - 
                                    
                                        tribunainfo.azRusiyada azərbaycanlı iş adamı həbs edildi ( 22511923)
 - 
                                    
                                        bakivaxti.azRusiyada azərbaycanlı iş adamı həbs edildi ( 22510051)
 - 
                                    
                                        konkret.azRusiyada azərbaycanlı iş adamı həbs edildi ( 22509967)
 - 
                                    
                                        unikal.azRusiyada azərbaycanlı iş adamı həbs edildi ( 22509856)
 - 
                                    
                                        demokrat.azRusiyada azərbaycanlı iş adamı HƏBS OLUNDU ( 22500661)
 - 
                                    
                                        musavat.comRusiyada azərbaycanlı iş adamı HƏBS OLUNDU ( 22499230)