Bu gün Bakıda keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası çərçivəsində mühüm yeniliklər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Şuranın fəaliyyət qaydalarının yenidən gözdən keçirilməsi və Büro üzvlüyünə namizədlərin təqdim edilməsi məsələsi gündəmə gətirilib.
Müzakirələr çərçivəsində Milli Məclisin komitə sədri Şahin İsmayılov ICAPP Asiya Mədəniyyət Şurasının sədri seçilib.