RU

“Turanbank”ın faiz gəlirləri 75 milyon manatı ötüb

30 sentyabr 2025-ci il tarixinə “Turanbank”ın faiz gəlirləri 75 milyon 109 min manat təşkil edib.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 8 milyon 448 min manat və ya 12,7% artım deməkdir.

Faiz gəlirlərinin əsas hissəsini – 69 milyon 163 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 936 min manat və ya 14,8% artıb.

Hesabat dövründə banklara və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 128 min manat və ya 2,1 dəfədən çox artaraq 242 min manata çatıb. Digər faiz gəlirləri isə 204 min manat və ya 20,8% artaraq 1 milyon 186 min manat olub.

 Bankların və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 289 min manat və ya 8,8% azalaraq 2 milyon 983 min manata düşüb.

Ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri isə 1 milyon 536 min manat təşkil edib.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə “Turanbank”ın faiz gəlirləri 66 milyon 661 min manat olmuşdu.

Избранный
44
fed.az

1Источники