RU

Bu məşhurlarda narkotik izləri çıxdı - ADLAR

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik istifadəsi ilə bağlı istintaq çərçivəsində alınan qan və saç nümunələrinin nəticələri açıqlanıb. Məlum olub ki, 8 tanınmış şəxsdə narkotik maddə izləri aşkarlanıb.

Narkotik testləri müsbət çıxan məşhurlar

SABAH qəzetinin əldə etdiyi məlumatlara görə aşağıdakı adlarda test nəticələri pozitiv olub:

Dilan Polat

Derin Talu

Deren Talu

Berrak Tüzünataç

Birce Akalay

Kubilay Aka

Metin Abdülger

Kaan Yıldırım

Məlumata əsasən, Dilan Polat, Derin Talu, Deren Talu, Berrak Tüzünataç və Birce Akalayın saç nümunələrində kokain, Kubilay Aka, Metin Abdülger və Kaan Yıldırımda isə kannabis (kenevir) tərkibli maddələr aşkarlanıb.

Əməliyyatın təfərrüatları

8 oktyabr tarixində Kaçakçılıq, Narkotik və İqtisadi Cinayətlər Bürosu tərəfindən bir çox tanınmış şəxs ifadə vermək üçün jandarma tərəfindən məhkəməyə çağırılmış, onlardan qan və saç nümunələri götürülmüşdü. İfadə verən 18 məşhur nəzarət şərti ilə sərbəst buraxılmışdı.

Testləri təmiz çıxan məşhurlar

Aşağıdakı şəxslərin qan və saç testlərində narkotik maddə aşkarlanmayıb:

Demet Evgar

Meriç Aral

Ceren Monay

Hadise Açıkgöz

Özge Özpirinçci

Duygu Özaslan

Bundan əlavə Engin Polat, İrem Derici, Feyza Altun və Ziynet Salinin analizlərində isə yalnız yaşıl reseptlə satılan, tərkibində narkotik maddə olan dərmanlara rastlanıb, lakin istifadənin tibbi məqsədli olduğu qeyd edilib.

Lalə Qüdrətova
Milli.Az

Избранный
40
1
milli.az

2Источники