RU

Bakıda gənc iş adamı idman zalında vəfat etdi - FOTO

Bakıda gənc iş adamı idman zalında məşq edən zaman qəfildən ölüb. 

"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, hadisə paytaxtdakı idman zallarından birində baş verib.

35 yaşlı Toğrul Tapdıqzadə idman zalında məşq etdiyi vaxt qəfildən halı pisləşib. Zalda olanlar ona yardım göstərməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin iş adamının həyatını xilas etmək mümkün olmayıb. pizza

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, Tapdıqzadə Toğrul Yaşar oğlu 1990-cı ildə anadan olub. Əslən Laçın rayonundandır. Ailəlidir, 4 övladı var. O, iş adamıdır.

Toğrul Tapdıqzadənin atası Yaşar Nəcəfov Birinci Qarabağ müharibəsinin veteranıdır. O, 811 saylı hərbi hissənin tərkibində döyüşüb. Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib, ağır yaralanıb.

Yaşar Nəcəfov özü də iş adamdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Избранный
34
18
yenisabah.az

10Источники