RU

Elnur Əliyev və nazir Əmrullayev, Ramiz Mehdiyevin xəyanət şəbəkəsidə - DETALLAR

Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin üzvləri bütün nazirlik və komitələri əhatə edib.

Paytaxt.org xəbər verir ki, bu barədə sabiq deputat, təhsil eksperti Etibar Əliyev bildirib. 

Maraqlı faktlar açıqlayan sabiq deputat əlavə edib ki, Emin Əmrullayev Ramiz Mehdiyevin oğluna aid olan “Şərq-Qərb” nəşriyyatına 40 milyon manata yaxın vəsait köçürüb:

“Emin Əmrullayevin şəriki Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olmaqla uzun müddət “Kaspi” liseyini idarə edib.

Emin Əmrullayev nazir təyin olunduqdan sonra şərikini orada qoya bilməzdi. Onu Nazirlikdə böyük vəzifələrə təyin etdi. Elnur Əliyev isə “Kaspi”ni yiyəsiz buraxa bilməzdi. Yerini qardaşı Elşən Əliyevə verdi.

Hörümçək toru şəklində qurulan Mehdiyev-Həsənov şəbəkəsi ölkəninin milyonlarını qamarlayıb xarici ölkə Banklarına köçürüblər.
Elnur Əliyevin də fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır”.

PAYTAXT.ORG bildirir ki, 2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) olub. Nazirlik qalib şirkətlə 2 milyon 535 min 277 manat dəyərində müqavilə imzalayıb.


Müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü dərsliklər hazırlayacaq.
Zəruri qeyd: “Şərq-Qərb” nəşriyyatı ilə Elm və Təhsil nazirliyi arasında vasitəçilik missiyasını 5-ci kalonun görkəmli nümayəndəsi Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva həyata keçirir. Nəşriyyatda kadrların böyük əksəriyyəti onun tapşırığı ilə işə götürülüb. M. Vəliyeva indi də mənasız təlimlər adı ilə Elm və təhsil nazirliyindən milyonlarla manat qrant adı ilə vəsait qoparır. Nazirliyin milyonları Feminist təşkilata və 5-ci kalonun adamlarına səxavətlə paylanılır…”.


Избранный
65
5
paytaxt.org

7Источники