RU

“Putin-Tramp tunelinin müzakirəsi başlandı” – Putinin xüsusi nümayəndəsi

Rusiya və ABŞ Berinq boğazı vasitəsilə Çukotka ilə Alyaskanı birləşdirəcək tunel layihəsi üzrə müzakirələrə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Vladimir Putinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev X sosial şəbəkəsində yazıb.

“[Rusiya ilə ABŞ arasında] tunellə bağlı müzakirələr başlayır”, – deyə xüsusi nümayəndə vurğulayıb.

Dmitriyevin fikrincə, layihə iki ölkə arasında “birlik rəmzi”nə çevrilə bilər.

ABŞ prezidenti Donald Tramp əvvəllər bu ideyanı maraqlı adlandırıb və “bu barədə düşünmək” istədiyini qeyd edib. “Mən bu yaxınlarda Rusiyadan Alyaskaya tunel çəkilməsi haqqında [ideyası] haqqında eşitmişdim. Mən bunu əvvəllər heç eşitməmişdim. Biz sadəcə Alyaskada böyük bir yol inşa etdik. Bu, bizə bir çox faydalı qazıntılara çıxış imkanı verəcək”, – Tramp deyib.

Oktyabrın 17-də Dmitriev açıq şəkildə İlon Maskı Berinq boğazı altında “Putin-Tramp” adlandırılacaq tunelin tikintisində iştirak etməyə dəvət etdi. O, “Boring Company” şirkətinin təsisçisinə X platformasından müraciət edərək Rusiya və ABŞ-nin səylərini birləşdirməyə çağırıb.

“ABŞ və Rusiya, Amerika və Afro-Avrasiyanı birləşdirən tuneli – Putin-Tramp tunelini, birliyin rəmzi olan 70 millik keçidi təsəvvür edin! Gəlin, gələcəyi birlikdə quraq! Bəşər tarixində ilk dəfə qitələri birləşdirməyin vaxtı gəlib çatıb”, – deyə Putinin xüsusi nümayəndəsi yekunlaşdırıb.

Xatirə SADİQ

Избранный
21
nocomment.az

1Источники