RU

Elza Ermənistanda konsert verəcək: “Məşhur şeirlərimi səsləndirəcəyəm”

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar fonunda regionda yeni reallıqlar formalaşır.

Bizim.Media xəbər verir ki, iki ölkə arasında diplomatik təmasların və qarşılıqlı səfərlərin artması humanitar və mədəni müstəviyə keçid üçün zəmin yaradır.

Bir çoxları düşünür ki, mədəni mübadilə, ortaq layihələrin təşkili və sənət adamlarının bir-birinin auditoriyası qarşısında çıxış etməsi gələcəkdə qarşılıqlı anlaşma və etimadın bərpasına töhfə verə bilər.

Azərbaycanlı sənət adamlarının Ermənistan auditoriyası qarşısında çıxış etməyə münasibəti birmənalı deyil. Modern.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan bildirib ki, artıq bir müddətdir bu barədə düşünür.

“Yaxın gələcəkdə Ermənistanın mərkəzi meydanında "Qarabağ Azərbaycandır!" -adlı solo konsertimə hazırlaşıram. Əlbəttə ki, o konsertdə məşhur ,sevilən şeirlərimi də, səsləndirəcəyəm”.

E. Seyidcahan xüsusi ilə "Əşyalarım”, “Tikim” və “Sapım” şeirlərini konsertində ermənilər üçün də deyəcək.

Bizim.Media

Избранный
73
3
bizim.media

10Источники