RU

İki ölkə razılığa gəldi - Müharibə dayandırılır

Pakistan və Əfqanıstan arasında Dohada keçirilən danışıqlar zamanı dərhal atəşkəsin elan olunması barədə razılıq əldə edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

“Danışıqlar zamanı tərəflər dərhal atəşkəs barədə razılığa gəliblər”, - nazirlikdən bildirilib.  Sezar pizza

Sənədi Əfqanıstan və Pakistanın müdafiə nazirləri Məhəmməd Yaqub Mücahid və Xavaca Asif, həmçinin Qətər və Türkiyə nümayəndələri imzalayıblar. Münaqişə tərəflərinin nümayəndə heyətləri atəşkəs rejimini qorumaq və ona tam əməl etmək üçün yaxın günlərdə məsləhətləşmələr aparmağa razılaşıblar.


Telegram kanalımız
Избранный
22
16
yenisabah.az

10Источники