RU

Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - Vətən Naminə

">
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.
Snayperlər şərti düşmən hədəflərinin aşkar olunması, düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsidir.
Vətən Naminə Mətbuat Xidməti           
Избранный
229
43
vetennamine.az

10Источники