RU

Lionel Messi MLS-də bombardir oldu – Het-triklə mövsümü 29 qol ilə tamamladı

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ABŞ çempionatı, Major League Soccer (MLS) müntəzəm mövsümünün bombardiri olub.

Doğru.az xəbər verir ki, Messi “Naşvil”lə görüşdə het-trik edib və komandası 5-2 hesabı ilə qalib gəlib. Beləliklə, argentinalı futbolçunun cari mövsümdə qol sayı 29-a çatıb.

Onun komandası “İnter Mayami” Şərq Konfransında üçüncü yeri tutaraq pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, pley-offun ilk mərhələsində “İnter Mayami” “Naşvil”lə qarşılaşacaq. İlk oyun oktyabrın 24-də Mayamidə keçiriləcək.

DOĞRU.AZ

Избранный
30
13
dogru.az

10Источники