RU

Buryatiyada kütləvi zəhərlənmə baş verib

Bakı. Trend:

Buryatiyada (Rusiya) kütləvi zəhərlənmə faktı qeydə alınıb, 43nəfər, o cümlədən 18 uşaq, kəskin bağırsaq infeksiyası diaqnozu iləxəstəxanaya yerləşdirilib.

Trend xəbər verirki, bu barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsanRifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin("Rospotrebnadzor") regional idarəsi məlumat yayıb.

Qurumdan bildirilib: “Hazırda xəstəliyə 43 yoluxma faktı qeydəalınıb, onlardan 18-i uşaqlardır. Xəstələr Respublika KlinikYoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.”

Zəhərlənmənin səbəbi hələlik məlum deyil, hadisənintəfərrüatları aidiyyəti qurumlar tərəfindən araşdırılacaq.

Избранный
78
4
az.trend.az

5Источники