RU

Putin Trampdan bu ərazini TƏLƏB EDİB

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla keçən həftə telefon danışığında  Ukraynanın şərqindəki strateji əhəmiyyətli bölgə olan Donetskə tam nəzarətin ona təhvil verilməsini tələb edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Washington Post” danışıqlardan xəbərdar mənbələrə istinadən yazır:

“Putinin diqqətinin Donetskə yönəlməsi onu deməyə əsas verir ki, o, münaqişənin dalana dirənməsinə səbəb olan əvvəlki tələblərdən əl çəkmir”.

Rəsmilərin bildirdiyinə görə, Trampla Putin arasında telefon danışığı zamanı Rusiya lideri Donetsk üzərində tam nəzarət müqabilində Ukraynanın digər iki bölgəsinin - Zaporojya və Xersonun bir hissəsindən imtinaya hazır olduğunu  deyib.

Məqalə müəllifi hesab edir ki, bu ərazi tələbləri onun avqustda Ankoricdə Tramp-Putin sammitində səsləndirdiyi tələblərdən daha az radikaldır.

Putinin telefon danışığı ilə bağlı  iki yüksək vəzifəli məmur məlumatlandırılıb. Onlardan birinin sözlərinə görə, bəzi Ağ Ev rəsmiləri bunu irəliləyiş kimi qiymətləndiriblər. “Lakin ukraynalılar çətin ki, buna razı olsunlar”,- deyə  yüksək rütbəli avropalı diplomat deyib.

Избранный
23
50
cebheinfo.az

10Источники