Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya seriyasının final mərhələsi davam edir.
"Football-plus.az" xəbər verir ki, millimizin üç idmançısı turnirin yarımfinalına vəsiqə qazanıb.
Vüsal Əliyev və Sahib Dadaşov (hər ikisi – 80 kq) yarımfinalda bir-biriləri ilə qarşılaşacaqlar. Bu isə komandamıza ən azı bir finalçı yerini təmin edib.
Digər idmançımız İbrahim Yusubov (90 kq) isə ABŞ təmsilçisinə qarşı yarımfinal görüşünə çıxacaq.
Mərhələnin yekununda bütün çəki dərəcələri üzrə dünya çempionları müəyyənləşəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта