Bakı. Trend:
Bazar günü Filippində "Fenqşen" tropik qasırğası nəticəsində 8nəfər ölüb, iki nəfər isə itkin düşüb.
Trend xəbər verirki, bu barədə məlumatı ölkənin mülki müdafiə agentliyi yayıb.
Manilanın cənub-şərqindəki Keson əyalətindəki Pitoqobələdiyyəsində ağacın onların üzərinə aşması nəticəsində 5 nəfər,ölkənin mərkəzi hissəsindəki Qərbi Visayas bölgəsində isə 3 nəfərhəlak olub.
Filippinin cənubundakı Bukidnon əyalətinin Keson Bələdiyyəsindətorpaq sürüşməsi nəticəsində itkin düşən 2 nəfərin axtarışı davamedir.
Qeyd edək ki, oktyabrın əvvəlində güclü zəlzələdən sonraFilippində sunami xəbərdarlığı verilmişdi.
