Misli Premyer Liqasının VIII turuna yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, turun son qarşılaşması “Palms Sports Arena” stadionunda baş tutub.
Gərgin keçən matçda “Neftçi” öz meydanında “Araz-Naxçıvan”la 2:2 hesablı bərabərliyə razılaşıb.
Paytaxt təmsilçisinin qollarını Bassala Sambu (19-cu dəqiqə) və Emin Mahmudov (55) vurublar. Qonaqların heyətində isə Ba-Muaka Simakala (36, 47) dubl müəllifi olub.
Qeyd edək ki, turda daha öncə keçirilən oyunlarda “Kəpəz” “Şamaxı”nı, “Sumqayıt” “Karvan-Yevlax”ı (4:1), “Qarabağ” “Turan Tovuz”u (2:1) və “Sabah” “Zirə”ni (3:0) məğlub edib.
“İmişli” – “Qəbələ” matçında isə qalib müəyyənləşməyib – 2:2.