AZ

VIII turun son matçı qalibsiz başa çatdı

Misli Premyer Liqasının VIII turuna yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, turun son qarşılaşması “Palms Sports Arena” stadionunda baş tutub.

Gərgin keçən matçda “Neftçi” öz meydanında “Araz-Naxçıvan”la 2:2 hesablı bərabərliyə razılaşıb.

Paytaxt təmsilçisinin qollarını Bassala Sambu (19-cu dəqiqə) və Emin Mahmudov (55) vurublar. Qonaqların heyətində isə Ba-Muaka Simakala (36, 47) dubl müəllifi olub.

Qeyd edək ki, turda daha öncə keçirilən oyunlarda “Kəpəz” “Şamaxı”nı, “Sumqayıt” “Karvan-Yevlax”ı (4:1), “Qarabağ” “Turan Tovuz”u (2:1) və “Sabah” “Zirə”ni (3:0) məğlub edib.

“İmişli” – “Qəbələ” matçında isə qalib müəyyənləşməyib – 2:2.

Seçilən
74
90deqiqe.az

1Mənbələr