Ölkəmizdə keçirilən amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarına yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, Bayıl arenada təşkil olunan turnirin son matçında Azərbaycanla Ukrayna yığmaları üz-üzə gəlib.
Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Azərbaycan millisi 7 xalla qrup üçüncüsü olub. 9 xala malik Ukrayna birinci pilləni tutaraq B qrupuna yüksəlib. İsrail 8 xalla ikinci, Niderland isə 4 xalla dördüncü pillədə qərarlaşıb.
Xalsız olan Belçika seçməsi sonuncu olaraq D qrupuna yuvarlanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта