RU

Azərbaycan cüdoçuları Meksikada zirvəyə yüksəldi — 9 medalla komanda birincisi oldular

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-prini 9 medalla başa vurublar.

İdman.Biz xəbər verir ki, onlardan altısı qızıl, üçü bürünc əyarlıdır.

Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) qızıl mükafata sahib çıxıblar.

Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) bürünc medalla kifayətləniblər.

Beləliklə, Azərbaycan komandası medal sıralamasında birinci yeri tutub.

İdman.Biz

Избранный
48
11
idman.biz

10Источники